XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 18:10

İtaliya yenidən silkələndi:bu dəfə 4,9 bal

Avqustun 24-də yerli vaxtla 14:00-da (Bakı vaxtilə 16:00-da) Mərkəzi İtaliyada 4,9 bal gücündə yeni yeraltı təkan baş verib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, yer səthinin titrəməsi Arkuata-del-Tronto şəhəri rayonunda hiss olunub. Hazırda zəlzələ nəticəsində zərərçəkənlərin yerləşdirildiyi müvəqqəti sığınacaqlarda təşviş yaşanır.

Ümumilikdə isə Mərkəzi İtaliyada bu gün 20-yə yaxın təkrar yeraltı təkanlar – afterşoklar qeydə alınıb.

İtaliya Mülki Müdafiə xidmətinin son məlumatına əsasən, ölkənin mərkəzi hissəsində yerli vaxtla saat 3:36-da baş verən 6 bal gücündə zəlzələ nəticəsində azı 45 nəfər həlak olub, yüzlərlə insan isə itkin düşüb.