XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 10:39

Kolumbiyada 52 illik silahlı münaqişəyəson qoyulur

Kolumbiya

 Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında 52 ildən sonra sülh sazişi imzalanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, tarixdə ən uzunmüddətli münaqişələrdən sayılır.

Məlumata görə, tərəflər anlaşmanı imzaladıqdan sonra birgə açıqlama veriblər: "Kolumbiya hökuməti ilə FARC-ın nəhayət ki, tam və qəti bir anlaşma əldə etdiyini bəyan edirik. Bu savaş başa çatdı. Artıq yeni yol başlayır. Bu anlaşma daha ədalətli cəmiyyətin qurulmasına yol açır".

Sənədi Kolumbiya hökümətin təmsil edən nümayədə heyəti adından Umberto de la Kaye, FARC adından isə İvan Markis imzalayıb.

Umberto de la Qalle yaydığı açıqlamda deyib: "Hədəfimizə yetişdik".

Anlaşma ilə bağlı yekun bəyanatı tərəflər Kubanın paytaxtı Havanada ediblər. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.

Xatırladaq, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparır. 220 min insan bu münaqişənin qurbanı olub. Milyonlarla insan öz evindən didərgin düşüb.