XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2015 - 07:44

Rusiya ABŞ-ın Rumıniyadakı raketlərini hədəfə götürüb

Rusiya ABŞ-ın Rumıniyadakı raketlərini hədəfə götürüb

Hərbi müşavir, istefada olan general Viktor Yesin Rusiyaya qarşı hücum olarsa, ABŞ-ın Ruminyadakı raketlərinin ilk hədəf olacağını bildirib.

İranın təhdidi ilə ABŞ-ın Avropada qurmağı planladığı raket qalxanı ABŞ-Rusiya münasibətlərində ən böyük problem halına gəlib.
Raket qalxanının Rusiyanı hədəf almadığını bildirən Vaşinqton hüquqi zəmanət verməyi rədd edib. Moskva isə İran nüvə proqramında razılaşma əldə edilməsi səbəbiylə sistemdən imtina edilməsini istəyir.
Rusiyanın Strateji Raket Qoşunlarının sabiq generalı Viktor Yesin mövzu ilə bağlı “İnterfaks”a müsahibə verib.
Yesin deyib: “ABŞ-ın Rusiyaya hücumu nəticəsində ABŞ-ın raket qalxanının Ruminya sistemləri ilk hədəf olacaq”.
Rusiya Strareji Raket Qoşunlarının komandiri İqor Denisov da dəmir yollarında nüvə raketləri üçün işlərin getdiyini bildirib. Denisov 5 pilləli olaraq layihənin tətbiq olunacağını, hələ də ilkin mərhələnin davam etdiyini söyləyib.