XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 08:13

Abbas Lisani bu gün həbs olundu

Abbas Lisani  bu gün həbs olundu

Azərbaycanlı fəal Abbas Lisani bu gün səhər saatlarında Ərdəbil şəhərində ETTELAAT əməkdaşları tərəfindən həbs edilib.

Bu barədə musavat.com-a fəalın yaxınları tərəfindən məlumat verilib.
Qeyd edək ki, bu bilin aprel ayında Abbas Lisani Ərdəbil inqilab məhkəməsinin birinci söbəsi tərəfindən 1 il müddətində azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Abbas Lesani İran hakimiyyətinə qarşı təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmədə ittiham olunub. Milli fəal Apellasiya məhkəməsinə müraciət etsə də məhkəmə onun şikayətini rədd edərək 1 iilik həbs cəzasını təsdiqləyib. Abbas Lisani 2011-ci ildə Urmiya gölü ilə bağlı keçirilən kütləvi etiralarda iştirak etdiyi üçün ETTELAAT-ın hədəfinə tuş gəlib.
Xatırladaq ki, Abbas Lisani bundan əvvəl də İranın müxtəlif məhkəmələri tərəfindən həbs cəzası alaraq dəfələrlə Ərdəbil, Təbriz, Yəzd və Əhər kimi şəhərlərin Ettelaat həbsxanaları və mərkəzi zindanlarında saxlanıb. Amnesty International həmin illərdə onu vicdan məhbusu adlandırıb.