XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2016 - 15:04

ABŞ-dan Çinə ilk dəfə mayeləşdirilmiştəbii qaz ixrac edilib

LNG

ABŞ-dan Çinə ilk dəfə mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) ixrac olunub.

AZƏRTAC “The Wall Street Journal”a istinadla xəbər verir ki, Panama kanalının yenidən qurulmasından sonra ABŞ yanacağının Asiyaya ixracı asanlaşıb. Maye qaz “Royal Dutch Shell” şirkəti tərəfindən Meksika körfəzinin “Sabine Pass” ixrac terminalından Çinin Yantyan limanına çatdırılıb. LNG-ni burada uzunmüddətli müqavilə çərçivəsində “China National Offshore Oil Corp.” şirkəti qəbul edib.