Türkiyədə 32 nəfəri öldürmüş terrorçunun adı açıqlandı

Türkiyənin Suruç rayonunda partlayış törədən kamikadzenin kimliyi dəqiqləşib.
Musavat.com-un məlumatına görə, DNT testinin nəticələri artıq açıqlanıb. Bildirilib ki, kamikadze 20 yaşlı, Adıyaman sakini Şeyx Əbdülrəhman Alagözdür. Alagözün universitet tələbəsi olduğu qeyd edilib.
Terror aktını törətməkdə şübhəli bilinən ikinci şəxsin isə qadın olduğu bildirilir.