XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 18:41

İraqın müdafiə nazirivəzifəsindən azad edilib

Xalid

 İraqın müdafiə naziri Halid əl-Ubeydi ilə bağlı ölkə parlamentinə göndərilən soruşdurma qəbul edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla da müdafiə naziri vəzifəsindən düşürülüb.

İraqın dövlət televiziyasının xəbərinə görə, parlamentdə keçirilən səsvermədə iştirak edən 262 deputatdan 142-nin səsi ilə müdafiə naziri Halid əl-ubeydi nazir vəzifəsindən azad edilib.

Ölkə parlamentində iki gün əvvəl keçirilən iclasda aparılan səsvermə yetərsay olmadığı üçün müdafiə naziri Halid əl-Ubeydinin istefaya göndərilməsi məsələsi baş tutmamışdı.

Ümumiyyətlə, İraq parlamentində hökumətlə yanaşı, nazirlər üçün də tək-tək səsvermə keçirilir. Qanuna görə, 328 yerlik parlamentdə bir nazirin etibar qazanması üçün 165 deputatın səs verməsi lazımdır.