XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2016 - 21:48

“Yeganə ümid yerimiz Türkiyədir” –Bolqarıstan baş naziri

miqrant-22

"Yeganə çarəmiz Türkiyə ilə əməkdaşlıq etməkdir".

Bunu Bolqarıstan Baş naziri Boyko Borisov ölkəsində yaranan miqrant böhranı ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

“Qeydiyyatda olan hər bir qaçqının yaşayışı üçün kifayət qədər pul xərcləyirik. Miqrant düşərgələrimiz artıq dolub. Yeni maliyyə qaynaqları axtarışındayıq. Bu səbəbdən qonşularımız ilə münasibətlərimizi daim qorumağa çalışırıq. Göründüyü kimi Serbiya ordusu sərhədi bağlayıb. Nəticədə Bolqarıstandan çıxış məhdudlaşdırılır. Təəssüf ki, Yunanıstanın da durumu yaxşı deyil. Belə olan halda, yeganə ümid yerimiz Türkiyədir”, – Borisov bildirib.

Qeyd edək ki, Boyko Borisovun yaxın zamanda Türkiyəyə səfər edəcəyi gözlənilir.

Axar.az