XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 Mart 2015 - 13:57

Putin danışdı

Rusiya Prezidenti Vladimir Putin rejissor Andrey Kondraşovun çəkdiyi “Krım. Vətənə yol” sənədli filmindəki Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin xilası əməliyyatı ilə bağlı “Rossiya 1” kanalına açıqlama verib.

Axar.az xəbər verir ki, prezidentin sözlərinə görə, Yanukoviç Krıma yollanan vaxt rus xüsusi xidmət orqanları onun yerini Putinə bildiriblər.

“Mənə xəritəni göstərəndə aydın oldu ki, Yanukoviç tezliklə mühasirəyə düşəcək. O zaman sahil tərəfə Yanukoviç üçün kortej yollamaq qərarı qəbul edildi. Biz onlara hara çıxmaq lazım olduğunu dedik və xüsusi təyinatlı dəstədən ibarət helikopter qrupu da yolladıq”, – prezident bildirib.

Qeyd edək ki, Qərb mətbuatı Rusiya Prezidenti Vladimir Putinin ağır xəstə olduğunu və bu səbəbdən ictimaiyyət arasına çıxmadığını yazıb.

– See more at: http://axar.az/news/46606#sthash.NW91tdKT.dpuf