XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2015 - 10:47

“İŞİD-ə qarşı Türkiyənin yanındayıq” – ABŞ-dan rəsmi açıqlama
ABŞ Dövlət Departamentinin sözcüsü Con Kirbi İŞİD terror təşkilatına qarşı digər qlobal koalisya ölkələri kimi Türkiyənin də əlindən gələni etdiyini vurğulayıb.
Kirbi gündəlik mətbuat iclasında Suruçda yaşanan terrorla bağlı fikirlərini bildirib: “Digər qlobal koalisiya ölkələri kimi NATO əməkdaşımız olan Türkiyə də İŞİD-ə qarşı əlindən gələni etməyə çalışır “.
Hücumdan sonra Dövlət Departamentinin yazılı açıqlamasını xatırladan Kirbi “Terror hücumu verdiyimiz mübarizənin ciddiyyətini götərir və Türkiyənin yanında olduğumuzu təkrar xatırlatmaq istəyirəm”, – deyə, fikirini yekunlaşdırıb.