XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

15 Mart 2015 - 15:07

“Rusiyada hərbçilər dövlət çevrilişi etməyə çalışırlar” – VİDEO

Rusiya prezidenti Vladimir Putin ilə bağlı müəmmalı vəziyyət hələ də davam etməkdədir. Belə ki, haqqında qeyri-adi xəbərlər yayılan Kreml sahibinin hazırda harada olduğu bir sirr olaraq, qalmaqdadır.
Rusiyada yaşayan tanınmış azərbaycanlı politoloq Heydər Camal prezident V.Putin haqqında yayılan sessasion məlumatların bəzilərinə cavab verməyə çalışıb.Musavat.com-un verdiyi məlumata görə, Heydər Camal “Putin harada ola bilər” sualına cavab verərkən“Mən düşünürəm ki, hazırda prezident V.Putin hərbçilər tərəfindən neytrallaşdırılıb”deyə cavab verib.
Heydər Camal daha sonra bildirib ki, prezident V.Putinin nəzarət altına alınma ehtimalı kifayət qədər yüksəkdir: “Məncə, prezident V.Putin sağdır. Ancaq o, hərbçilər tərəfindən nəzarət altına alınıb. Böyük ehtimalla bu edən hərbçilər müəyyən mənada dövlət çevrilişi etməyə çalışırlar. Prezident Putinin görüşləri barədə gündəmə gətiriləm məsələlər isə sadəcə, onların zaman udmaq cəhdləridir. Böyük ehtimalla hərbçilər prezident V.Putinlə danışıqlar aparırlar və anlaşma əldə etməyə çalışırlar”.
Heydər Camal prezident V.Putinin gələcək taleyi ilə bağlı narahatlığını da qətiyyən gizlətməyib: “Əlbəttə ki, bütün bu proseslərin sonu prezident V.Putin üçün çox pis yekunlaşa bilər. çünki belə situasiyalarda adətən, birinci şəxsləri sağ buraxmırlar. Hətta sağ saxlamış olsalar belə, V.Putinin taleyi Miloşeviç, Səddam Hüseyn və s. bu kimi liderlərin taleyini təkrarlaya bilər. Hər halda, Birinci Pyotrdan sonra Rusiya hakimiyyətində yalnız L.Brejnev və çernenko öz əcəliylə ölüblər”.

Heydər Camalın bu proseslərlə bağlı açıqlamalarını tam olaraq, aşağıdakı videodan izləyə bilərsiniz.