XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2016 - 15:19

Yevgeni Satanovski:“Amerikalılar kürdləri “əritdilər”

sat

Türk ordusunun Suriyaya müdaxiləsi amerikalıların dəstyəi ilə baş tutub. Strateq.az xəbər verir ki, məşhur şərqşünas Yevgeni Satanovski EAdaily.com portalına bildirib ki,  Türükiyənin hədəfi rəsmən İŞİD olsa da, əsas hədəf Suriya kürdləridir. Yaxın Şərq institutunun prezidenti deyib: “Kürdlər Fəratı keçiblər ki, bu da nə Ankara, nə də ABŞ üçün məqbuldur. ABŞ vitse-prezidenti Co Bayden də Ankara səfəri zamanı bunu yetərincə aydın şəkildə vurğulayıb. Türklər vahid Suriya Kürdüstanı yaradılması haqda ideyanı hətta düşüncə halında istənilən üsulla boğmağa səy göstərirlər. Və amerikalılar da Baydenin diliylə eyham vurublar ki, heç bir Kürdüstan olmayacaq”.

Rusiyaya gəlincə, ekspert hesab edir ki, Moskva ilə Ankara arasında diplomatik və hərbi kanallarla əldə olunmuş razılaşmanı istisna etmir.