Türkiyə öz sərhədlərinə qoşun hissələri toplayır.
Strateq.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, xeyli sayda hərbi texnika Suriya sərhədlərindəki Şirnaka doğru hərəkət edib. Bundan əvvəlki iki gün ərzində də bənzər hadisə Şanlıurfa vilayətində müşahidə edilib. Dünən və sırağagün Diyarbəkirdən hərəkətə başlayan hərbi maşın karvanları Sanlıurfanın sərhəd bölgələrinə tərəf yola çıxıb.
Qeyd edək ki, sərhədlərinin tam qarşısında baş verən gərginliyi milli təhlükəsizliyi üçün təhdid olaraq görən Türkiyə Suriyaya hərbi müdaxilə edə biləcəyini açıqlamışdı. Qardaş ölkədə yaşanan bu hərəkətlilik artıq ictimai rəydə “hərbi müdaxiləyə son hazırlıq” kimi qiymətləndirilib.