XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2015 - 20:03

Holokostu inkar edənlər həbs olunaсaq – Rumıniya qərar verdi

Rumıniyada Holokostu inkar edənlər сinayət məsuliyyətinə cəlb ediləcək.

Strateq.az xəbər verir ki, ölkə prezidenti Klaus Yohannisin imzaladığı yeni qanuna görə, bu əmələ yol verənləri 3 ilədək həbs gözləyir.

Onu da qeyd edək ki, Rumıniyadan əvvəl bu qanun Avstriya, Belçika, Macarıstan, Almaniya, Litva, Lüksenburq, Polşa, Slovakiya, Fransa, İsveçrə, Kanada, İsrail, Lixtenşteyn, Portuqaliya, çexiya və Slovakiyada qəbul olunub.

Holokostu inkara görə cəzalandırılanlar arasında britaniyalı tarixçi də olub. O hesab edirdi ki, ikinci dünya müharibəsində yəhudilərin kütləvi qətliamı ilə bağlı rəqəmlər şişirdilib, Adolf Hitler isə ümumiyyətlə, baş verənlərdən xəbərsiz olub.

Bundan başqa, yepiskop Riçard Uilyamson da Holokostu şübhə altına alanlardan olub və buna görə Almaniya məhkəməsi onu bir neçə dəfə cərimələyib.

Son olaraq onu da bildirək ki, ikinci dünya müharibəsində 6 milyon yaxın yəhudinin öldürüldüyü bildirilir. BMT-nin qərarı ilə hər il yanvarın 27-si bütün dünyada Holokost qurbanlarını anım günü kimi qeyd olunur.