XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2016 - 10:19

İtaliyada zəlzələ fəlakəti:ölənlərin sayı 281-ə çatdı

Avqustun 24-də İtaliyada baş verən zəlzələ qurbanlarının sayı artmaqdadır.

Azərtac “lefigaro.fr” saytına istinadla xəbər verir ki, artıq zəlzələ nəticəsində ölənlərin sayı 281 nəfərə çatıb, 400 nəfərə yaxın adam yaralanıb. Xilasetmə qüvvələri dağıntılar altından 200 nəfərin cəsədinin çıxarıldığı Amatris şəhərində axtarışları intensivləşdiriblər. İtkin düşmüş 30 nəfərə yaxın insanın tapılmasından sonra Peskara del Tronto kəndində axtarışlar dayandırılıb.

Hazırda 21-i uşaq olmaqla 181 cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Ölənlərdən ən balacası 5 ay yarımlıq, ən yaşlısı 93 yaşındadır. Həyatını itirənlər arasında altı rumın, üç britaniyalı, bir ispan, bir alban və bir kanadalı var.