XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 12:17

“Bavariya”dan böyük hesablıqələbə

Almaniya Bundesliqasında növbəti futbol mövsümü start götürüb.

Açılış matçında Münxenin “Bavariya” klubu Bremenin “Verder” komandasını qəbul edib. Almaniya çempionu bremenlilərə şans verməyib. Oyun meydan sahiblərinin böyük hesablı (6:0) qələbəsi ilə başa çatıb.

Ötən mövsüm Bundesliqanın bombardiri olmuş Robert Levandovski yeni futbol mövsümünü het-triklə qeyd edib. Xabi Alonso, Filipp Lam və Frank Riberi hərəyə bir qolla fərqlənə bilib. Münxenlilərin bu qələbəsi komanda ilə ilk rəsmi matçına çıxan baş məşqçi Karlo Ançelotte üçün də əlamətdar olub. O deyib: “Bundesliqada startımız uğurlu alındı. Erkən qol vurmağı bacardıq və sonradan oyuna nəzarət etdik. Xoşbəxtəm, eyni zamanda öz üzərimizdə hələ çalışmalıyıq”, – deyə italyan mütəxəssis bildirib(azərtac).