Moskvanın şimal-şərqindəki anbarda ölənlərin hamısı yuxuda tüstüdən boğulub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölənlər dördüncü mərtəbədəki yataq yerində aşkar edilib.
Xatırladaq ki, Moskvadakı anbarların birində baş vermiş yanğın nəticəsində 16 nəfər ölüb. Ölənlərin hamısı eyni obyektdə aşkarlanıb.