XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 12:52

“Fitch Ratings” Türkiyənin 15 bankının kreditreytinqini endirib

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 15 bankının milli valyutada uzunmüddətli kredit reytinqini aşağı salıb.

Azərtac xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir. Şərhdə “Ziraat Bankası”, “Halk Bankası”, “Vakıfbank”, “Türkiye Kalkınma Bankası”, “Takasbank”, “Türkiye Sinai Kalkınma Bankası” və “Türkiye İhracat Kredi Bankası”nın (Eximbank) milli valyutada uzunmüddətli kredit reytinqinin “BBB” səviyyəsindən “BBB-” səviyyəsinə endirildiyi bildirilir.

Bundan başqa, “Fitch Ratings” Türkiyənin xarici sərmayəli banklarından “Kuveyt Türk”, “Türkiye Finans”, “Burgan Bank”, “ING Bank”, “Finansbank”, “Alternatifbank”, “ICBC Türkiye” və “Türk Ekonomi Bankası”nın milli valyutada uzunmüddətli kredit reytinqini “BBB+” səviyyəsindən “BBB” səviyyəsinə endirib.