Türkiyə və Avropa İttifaqı (Aİ) sentyabrın 9-da birgə maraqlar və narahatlıq doğuran məsələlərlə bağlı müzakirə aparacaqlar.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib.
O bildirib ki, Aİ və Türkiyə arasındakı yüksək səviyyədə növbəti dialoq Ankarada baş tutacaq. Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Yohannes Han, Türkiyə tərəfini isə XİN başçısı Mövlud Çavuşoğlu və Aİ məsələləri üzrə nazir Ömər Çelik təmsil edəcək.
F.Mogerini bildirib ki, tərəflər birgə maraqları və narahatlıqları əhatə edəcək bütün məsələləri müzakirə edəcəklər.
Avrokomissar öz növbəsində qeyd edib ki, Türkiyə Aİ-yə namizəd ölkədir və Avropa İttifaqının əsas tərəfdaşlarındandır.