XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

23 İyul 2015 - 05:15

Amerika polisi daha bir qaradərilinin ölümünə bais oldu

Hazırda ştat rəsmiləri və FTX paralel araşdırma aparır

Texas ştatının polisi ilkin həbs kamerasında üç gündən sonra ölən qaradərili Sandra Bləndin saxlanmasının videoyazısını yayımlayıb. İyulun 10-da videoqeydiyyatçı tərəfindən çəkilmiş videoyazı sübut edir ki, Afrika amerikalısı yol hərəkəti qaydasına pozduğuna görə onu saxlamış polislə qovğaya girişib.

Koronyorun (ölüm hallarını araşdıran özəl mütəxəssis-red.) qənaətinə görə, qadın kamerada özünü asıb, lakin qohumları müstəqil təhqiqatın aparılmasını tələb edirlər.

Hazırda ştatın rəsmiləri və FTX paralel araşdırma aparır.

Videoyazıdan görünür ki, patrul polis saxlamış qadına cərimə yazır, sonra ondan siqareti söndürməyi tələb edir, o isə rədd cavabı verir.

O, maşından çıxamaqdan imtina edərkən polis səmərəsiz şəkildə onu maşından çəkib çıxartmağa cəhd edir, sonra onu elektroşokla təhdid etməyə başlayır. Blənd maşından çıxır və bundan sonra həm o, həm də polis kadr arxasında qalırlar, lakin fiziki mübarizəni xatırladan səslər eşidilir. Başqa polislər gəlib çıxarkən patrul polisi məlumat verir ki, onu təpiklə vurublar.

Hazırda o, müvəqqəti məzuniyyətə göndərilib.

Videoyazıda aşkar montaj əlamətləri var və hüquq müdafiəçiləri videoyazının mötəbərliyi baxımından təhqiqat aparılmasını tələb edirlər.

Yerli dairə prokuroru Elton Matis çərşənbə günü bildirib ki, bu iş həbsxana kamerasındakı bütün ölüm halları kimi qətl qaydasında araşdırlır.

28 yaşlı Afrika amerikalısının ölümü həbs edilmiş qaradərilillərin polislərin əlindən həlak olması haqda bir neçə hadisəni sadalayan Amerika hüquq müdafiəçilərinin diqqətini cəlb edib.

çərşənbə günü prokurorlar Ohayo ştatının Sinsinnati şəhərində ağdərili polisin güllələdiyi qaradərili sürcünün ölüm şəraitinin təhqiaqtı barədə məlumat veriblər. Polis onu nömrəsiz maşın sürdüyünə görə saxlayıbmış. Sürücü Samuel Dyubouz patrul polisi Rey Tensinqin tələblərinıə tabe olmaqdan imtina edib və fiziki toqquşma meydana çıxıb.

43 yaşlı Dyubouz hadisə yerində başına açılan atəşdən həlak olub. Polis təhqiqat dövründə maaşı saxlanmaqla məzuniyyətə göndərilib.

Sandra Bləndin cəsədi həbsdən üç gün sonra kamerada aşkarlanıb. Onun həlakı hüquq müdafiəçilərində hiddət doğurub.

Həlak olmuş Sandranın qohumları cəsədin müstəqil yarılmasını təkid edir və federal ədliyyə nazirliyini təhqiqat aparmağa çağırırlar.

Əldəki videomateriallar Sara Bləndin saxlandığı kamerada məhz nə baş verdiyinə işarə etmir, lakin onun cəsədi aşkarlanana qədər kameraya heç kimin girmədiyinə dəlalət edir.

Həbsxana şərifi Qlen Smit məlumat verib ki, onun əməkdaşları dustağın durumu ilə ölümdən cəmi bir saat əvvəl maraqlanıblar.

Sandranın bacısı Şante Nidəm bildirib ki, Sandra həbsxanadan ona zəng edərək deyib ki, həbsin səbəbini bilmir və güman ki, polis onun qolunu sındırıb.

BBC, Русская служба

22.07.2015