Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Cerablus şəhəri yaxınlığındakı YPG (kürd xalq özünümüdafiə dəstələri) mövqelərinə aviazərbələr endirir.
Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, YPG mövqelərinə hava zərbələri Türkiyə vaxtı ilə saat 10:00-da başlayıb.
Daha əvvəl verilən məlumata əsasən, YPG və "Demokratik İttifaq" (PYD) qüvvələri Menbic şəhərini tərk etməsələr, Türkiyə sayca üçüncü dəfə tank birləşmələrini Suriyaya yeridə bilər.
Qəzet yazır ki, YPG və PYD ABŞ və Türkiyə arasındakı sazişə riayət etməlidirlər. Sazişə əsasən hər iki qruplaşma Fərat çayının qərb sahilini tərk etməlidir.