XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2016 - 14:18

Gülhanə Hərbi Tibb Akademiyasınınadı dəyişdirildi

Türkiyənin məşhur hərbi hospitalı – Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) adı dəyişdirilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyədəki hərbi xəstəxanaların Baş Qərargahın tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı rəsmi qərardan sonra Gülhanə Hərbi Tibb Akademiyasının adında dəyişiklik edilib. Hospital Gülhanə Tədris və Araşdırma Xəstəxanası adlandırılıb. Dünən gecə xəstəxananın adı yazılan lövhə də dəyişdirilib.