XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 05:36

Davudoğlu: “Terror təşkilatları bizdən eyni cavabı alacaq”

“Terrorçular ən qısa zamanda yaxalanacaq”

“Polisimizə, əsgərlərimizə, günahsız insanlarımıza güllə atanlar hansı qaynaqdan bəslənir-bəslənsin, terror təşkilatları bizdən eyni cavabı alacaq”.

Strateq.az Mynet.com-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Baş Naziri Əhməd Davudoğlu 32 nəfər insanın həyatını itirməsi ilə nəticələnən terror hadisəsinə münasibət bildirərkən deyib. O, terroru törədənlərin kimliyindən və arxasında kimlərin durmasından asılı olmayaraq terrorçuların cəzalanacağını bildirib. Baş Nazir Davudoğlu çıxışında xalqa söz verib:

“Bu xain hücumun hər bir iştirakçısının ən qısa zamanda yaxalanaraq ədalətə təslim ediləcəyinə kimsənin şübhəsi olmasın”.

N.H.