İranla bağlanan “nüvə sazişi”ndə dünya ictimaiyyətinə açıqlanmayan maddələr da var. Bu maddələr İranın nüvə proqramının əsgəri müstəvisinə və bu müstəvinin keçmişinə aiddir.
Strateq.az xəbər verir ki, bunu Barak Obamanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Susan Rays etiraf edib.
Mətbuat açıqlaması verən müşavir ictimaiyyətdən gizli tutulan məqamların konqresmenlərə açıqlandığını bildirib. “Bu mövzuda bizim bilib, onların bilmədiyi heç bir şey yoxdur” – deyən Rays Konqresin qarşısında hələ 2 ay vaxt olduğunu və sazişin qəbul olunacağına inamını ifadə edib.