XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 07:22

“Nüvə sazişi”ndəki 24 günün sirri

“çox böyük bir əminliklə deyə bilərəm: bu miqyasda nüvə fəaliyyəti ilə məşğul olub, qalıqlarını 24 gün ərzində təmizləmək mümkün deyil”.

Strateq.az-ın bildirdiyinə görə, bunu ABŞ-ın Energetika naziri Ernest Moniz deyib.

Nazir etiraf edib ki, sazişdən əvvəl özləri də bu müddəti sınaqdan keçiriblər. Daha kiçik həcmdə nüvə zənginləşdirməsi əməliyyatından sonra geridə qalan izləri və özəlliklə də şüalanmanı həmin müddət ərzində təmizləmək mümkün olmayıb.

Odur ki, İranla bağlanan sazişdə müfəttişlərlə bağlı öhdəliyi qorxulu hesab etməyən Moniz müttəfiqlərini narahat olmamağa çağırıb. Monizin bu fikirləriylə qismən razılaşan sabiq həmkarı isə 24 gün ərzində daha kiçik miqyaslı əməliyyatların qalıqlarını təmizləməyin mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, “nüvə sazişi”nə ən çox etiraz edənlərin əsaslandığı maddəyə görə, beynəlxalq müfəttişlər İrana səfər etməmişdən 24 gün öncə rəsmi Tehranı məlumatlandırmalıdırlar. İsrail baş naziri Binyamin Netanyahu bu maddəni “oğruya səni 24 gündən sonra yoxlayacağıq” deməyə bənzətmişdi.