XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 March 2015 - 18:55

Misirin iştahası çok böyükmüş – 300 milyard dollar

Körfez'in parası yetmedi, Sisi 300 milyar dolar istiyor

Bir neçə gün öncə xəbər verdiyimiz kimi, ABŞ-ın dövlət katibi Con Kerri bütün dünyanı Misirə maliyyə yardımı göstərməyə çağırmışdı. ABŞ yetkilisinin bu çağırışına dərhal cavab verən neft zəngini ərəb ölkələrinin hər biri Misirə 4 milyard dollarlıq yardım verəcəklərini bəyanlayıb və Şarm əş-Şeyx şəhərində keçirilən konfransa toplanıblar.

“Gələcəyin Misiri” adı altında üç gün davam edən konfransda ölkənin taleyi müzakirə olunarkən olduqca maraqlı məqamlar ortaya çıxıb. Sən demə, “Misirsevər” dövlətlər rəsmi Qahirəyə, uzağı, 35 milyard dollar yardım toplamağı düşünürmüşlər. İştahası böyük olan Misir prezidentinin istəyi isə bütün konfrans iştirakçılarını şoka salıb.

Məlumata görə, konfransda çıxış edən Misir prezidenti Əbdülfəttah əs-Sisi 90 milyon əhalisi olan ölkəsinin rifah halının yaxşılaşdırılması üçün onlardan nə az, nə çox, düz 300 milyard dollar istəyib.