XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 Avqust 2016 - 19:42

Yaponiya və Rusiya arasında sülh müqaviləsi ilə bağlınövbəti müzakirələr keçirilib

flag

NHK televiziya kanalının yaydığı məlumata görə, Yaponiya və Rusiyanın rəsmi nümayəndələri bu ölkələrin liderlərinin görüşü ərəfəsində iki dövlət arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələrin növbəti raundunu keçiriblər.

Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə cavabdeh olan rəsmi nümayəndəsi Tikahito Harada avqustun 26-da Moskvada xarici işlər nazirinin müavini İqor Merqulovla görüşüb.

Tərəflər arasında müsbət və səmimi danışıqlar aparıldığını vurğulayan T.Harada yaxın zamanlarda yeni görüşün keçirilməsini arzuladığını bildirib.

Cari ilin mayında Baş nazir Şinzo Abenin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı tərəflər ərazi məsələsinin həlli ilə bağlı hər iki tərəfi qane edəcək nəticə əldə etməkdən ötrü danışıqlar prosesini sürətləndirmək üçün yeni yanaşmanın vacibliyini qeyd ediblər.

Qeyd edək ki, gələn cümə günü Vladivostokda keçiriləcək iqtisadi forum zamanı Yaponiya və Rusiya liderlərinin görüşü planlaşdırılır. (Azərtac)