XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2016 - 11:24

Türkiyədə ağır yol qəzası:7 ölü

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı rayonunda sərnişin avtobusu ilə digər avtomobilin toqquşması nəticəsində ikisi uşaq olmaqla, 7 nəfər ölüb.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, qəza zamanı yaralanan 10 nəfər xəstəxanalara yerləşdirilib.

Xəsarət alanlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.