XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 August 2016 - 12:38

Filippində həbsxanadan 28 məhbus qaçıb

Filippində “Maute” qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib.

Azərtac xəbər verir ki, bu barədə RİA Novosti agentliyi “France-Presse”ə istinadla xəbər yayıb.

Bildirilir ki, bir həftə əvvəl həbs edilmiş “Maute” qruplaşmasının 8 üzvü, həmçinin müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus həbsxanadan qaçıb.

Qeyd edək ki, “Maute” qruplaşması bir müddət əvvəl İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib.