XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 March 2015 - 05:08

Bəşər Əsədin qohumu öldürülüb

Hadisə hakim Əsəd ailəsinin çıxdığı Kardaha adlı kənddə baş verib

Картинки по запросу мухаммед тауфик асад

Suriya diktatoru Bəşər Əsədin qardaşı oğlu Muhəmməd Tofiq Əsəd öldürülüb.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, onu Əsədlər ailəsinə məxsus Latakiya əyalətində ələvi icmasının mərkəzində güllələyiblər.

İnsan hüquqları üzrə Suriya cəmiyyətinin direktoru Rami Əbdül Rəhman bildirib ki, Muhəmmədi cümə günü kəlləsinə atəş açmaqla öldürüblər. Hadisə hakim Əsəd ailəsinin çıxdığı Kardaha adlı kənddə baş verib.

Mühəmməd Əsəd ölkədə 80-ci illərdə əsas işi qaçaqmalçılıq olan “Şabiha” qruplaşmasını təşkil etdikdən sonra məşhurlaşmışdı və işləri müvəffəqiyyətlə gedirdi. 1989-1994-cü illərdə “Şeyx- əl-Cəbəl” və ya “Dağların hökmdarı” ləqəbi alıb Əsədlər sülaləsinin ən varlı adamlarından birinə çevrilib. Sonralar 2011-ci ildən başlayaraq dövləti bürümüş vətəndaş müharibəsinin müqəddəm şərtinə çevrilən qiyamın və sərbəst düşüncənin boğulmasında iştirak edib.