XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

28 Avqust 2016 - 15:55

FİFA videotəkrar sistemini sınaqdan keçirəcək- İlk dəfə

FİFA futbol oyunları zamanı ilk dəfə videotəkrar sistemindən istifadə edəcək.

Azərtac xəbər verir ki, belə bir məlumatla Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti çıxış edib.

Videotəkrar sistemindən ilk dəfə İtaliya ilə Fransa arasında keçiriləcək yoxlama görüşündə istifadə olunacaq. Bu qarşılaşma sentyabrın 1-də Bari şəhərində keçiriləcək.

Videotəkrar zamanı baş hakimin oyunu saxlamasına ehtiyac qalmayacaq. Bu funksiyanı əlavə hakim yerinə yetirəcək. Köməkçi hakim videotəkrara baxdıqdan sonra baş hakimlə əlaqə saxlayıb, ona məlumat verəcək.

Yoldaşlıq oyunundan bir gün sonra FİFA prezidenti Canni İnfantino tərəfindən sistemin ilk sınağı ilə bağlı xüsusi mətbuat konfransı təşkil ediləcək. FİFA prezidenti bildirib ki, sözügedən sistemdən istifadəyə bir konfederasiya, 12 milli assosiasiya maraq göstərib.

Onun sözlərinə görə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı videotəkrardan istifadə mümkün olacaq.

Xatırladaq ki, videotəkrardan istifadəni mart ayında Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tövsiyə (İFAB) etmişdi.