Belçika paytaxtı Brüsselin şimalında yerləşən Kriminologiya İnstitutuna gecə hücum edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bir və ya bir neçə nəfər avtomobildə Kriminologiya İnstitutunun qapısını atəşə tutub və laboratoriyanın yaxınlığında yerləşən məkanda partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində yanğın baş verib.
Binada heç kim olmadığından partlayış nəticəsində institut əməkdaşlarından heç biri xəsarət almayıb.