XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 05:33

Vatikan islamçılara qarşı güc tətbiq edilməsini bəyənir

Silvano Tomazi: “İŞİD-in fəaliyyətindən ziyan çəkən təkcə xristianlar deyil”

Картинки по запросу silvano tomazi

Vatikanın Cenevrədəki səfiri arxiyepiskop Silvano Tomazi siyasi həllin tapılmayacağı təqdirdə İŞİD-ə qarşı güc tətbiqini istisna etməyib.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, keşiş deyib: “Əlaqələndirilmiş və yaxşı düşünülmüş koalisiya mümkün hər şeyi etməlidir ki, zorakılıq olmadan siyasi nizamlamaya nail olsun. Lakin bu, baş tutmasa, onda güc tətbiqi zəruridir”.

Arxiyepiskopun fikrincə, təcavüzkar döyüşçülər durdurulmalıdır: “Hazırda xristianlar ciddi həyati təhlükə hiss edirlər. Lakin İŞİD-in fəaliyyətindən ziyan çəkən təkcə xristianlar deyil. Yezidi kürdlər, sünnilər, şiələr və ələvilər də bu sıradadır. Biz heç kimi istisna etmədən hamıya kömək etmək istəyirik”.

Tomazi hesab edir ki, İslam döyüşçülərinə qarşı istənilən koalisiya Yaxlın Şərqin müsəlman ölkələrini ehtiva etməli və ciddi şəkildə Birləşmiş Millətlər Təşkilatının mandatı üzrə hərəkət etməlidir.