XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2015 - 18:42

Almatını sel basdı – fövqəladə vəziyyət

Onlarla evə ziyan dəyib

Qazaxıstanın Almatı şəhərinin ətrafında yüzlərlə sakin uçqun və palçıq axınına görə köçürülüb.

ANS PRESS-in məlumatına görə, bir neçə gün davam edən istilərdən sonra şəhərin ətrafındakı dağlarda buz əriməyə başlayıb. Nəticədə ətrafdakı göl dolub və Karqalı çayı məcrasından çıxıb. Təbii hadisə onlarla evə ziyan vurub. İtki və ya xəsarət alan yoxdur.

Hazırda palçıq axınının Naurzbay rayonuna çatdığı xəbər verilir. çayın qarşısını kəsən sədd hələlik tab gətirsə də, dağıla da bilər. Şəhər rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib və hadisə yerinə vertolyotlarla 2 minə yaxın xilasedici göndərilib.