XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2016 - 15:53

“Bu əməliyyatlar qəbuledilməzdir” –Obamanın nümayəndəsindən Türkiyəyə xəbərdarlıq

Türk

“Türkiyənin İŞİD-in olmadığı bölgələrdə həyata keçirdiyi əməliyyatlar qəbuledilməzdir və bu, dərin narahatlıq doğurur”.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, PKK-nın Suriya qanadı olan YPG-yə qarşı əməliyyatları dəyərləndirən ABŞ prezidentinin İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqrek tvitter hesabından belə bir açıqlama ilə çıxış edib.

O, qeyd edib ki, İŞİD-in olmadığı bölgələrdəki qarşıdurmların ABŞ-la heç bir bağlılığı yoxdur: “Bu qarşıdurmlar ABŞ-la koordinasiyalı deyil. Biz onları dəstəkləmirik. Ona görə də meydandakı bütün silahlı aktyorların qarşıdurma mövqeyindən əl çəkməsinə çağırırıq”.