“Strateq.az” Türkiyənin xəbər saytlarına istinadən bildirir ki, ABŞ prezidenti seçiləndən bəri ölkəsinə gedə bilməyən Barak Obama bu gün doğulduğu Keniyaya gedəcək. Barak Obama sonuncu dəfə 2006-cı ildə ölkəsində olub və atasının məzarını ziyarət edib.
Obamanın atası Barak Hussein ali təhsilini ABŞ-da alıb. Barak Obama anadan olandan 3 il sonra ABŞ-I tərk edərək öz ölkəsinə gəlib. O, 1982-ci ildə avtomobil qəzasında ölüb.
ABŞ-ın Keniyadakı səfiri Robert Qodek Obamanın bu ziyarət zamanı qohumlarına vaxt ayıra bilməyəcəyini və paytaxt Nairobidə bəzi görüşlər keçirəcəyini deyib.