“Strateq.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Belçika parlamentində yer alan iqtidaryönlü partiyalar uydurma erməni soyqırımını müzakirəyə çıxarıb. Belçika parlamentinin son toplantısında 1915-ci ildə baş verən olaylar “erməni soyqırımı” kimi qəbul edilib. 124 deputat qərarın lehinə səs verib. Belçika parlamenti 1915-ci ildə, Osmanlı dönəmində baş verən bu “soyqırım”a görə Türkiyənin məsuliyyət daşımadığını səsləndirib.
Parlamentdəki müxalifət partiyaları isə soyqırımı inkar edənlərə cəza tətbiq olunmasını və Avropa Birliyinə üzv olması üçün Türkiyənin qarşısına “soyqırım”ı tanıma şərtinin qoyulmasını təklif edib. Lakin bu təklif qəbul edilməyib.
Namiq