XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 09:54

Çinin Bişkek səfirliyi yanında partlayış:bir nəfər ölüb, yaralılar var

ter

Çinin Bişkekdəki səfirliyi binasının yanında baş vermiş partlayışda bir nəfər ölüb, iki nəfər yaralanıb.

Strateq.az Novosti.kg-yə isnadən bildirir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə bu gün səhər baş verib. Həkimlər briqadası səfirliyin ərazisində avtomobildə həlak olmuş bir nəfərin meyidini aşkarlayıblar. Səfirliyin yaralı daha iki əməkdaşına tibbi yardım göstərilib.  

Milisin ilkin məlumatına görə, avtomobil böyük sürətlə Çin səfirliyi binasının darvazasına çırpılaraq partlayıb. Lakin hüquq-mühafizə orqanları hadisəni hələlik terakt adlandırmır.