XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 12:16

“iPhone 7” nə vaxt təqdim olunacaq?- Tarix açıqlandı

“Apple” şirkəti sentyabrın 7-də San-Fransiskoda keçiriləcək təqdimata dəvətnamələr göndərib.

Tədbirdə ən əsas yenilik yeni “iPhone” modellərinin təqdimatı olacaq. Belə ki, şirkətin 3 smartfon təqdim edəcəyi gözlənilir. Bunlar adi “iPhone 7”, onun böyüdülmüş versiyası "iPhone 7 Plus” və “iPhone 7 Pro” smartfonlarıdır. O da ehtimal olunur ki, şirkət “iPhone 7 Plus” qurğusundan imtina edərək bu adda "iPhone 7 Pro” smartfonu istehsal edib.

Azərtac “4PDA” resursuna istinadən xəbər verir ki, əsas diqqət məhz qabaqcıl “iPhone 7” və onun unikal xüsusiyyətlərinə yönəldiləcək.

Təqdimatda sensorlarının sayı artırılan ikinci nəsil “Apple Watch” “ağıllı” saatlarının nümayiş etdiriləcəyi də gözlənilir.

Bununla yanaşı, yeni kompyuterlərin təqdim ediləcəyi də istisna edilmir, lakin bunun daha çox payızda yeni nəsil “iPad” planşetlərinin nümayiş olunacağı ikinci təqdimatda baş tutacağı ehtimal olunur.