XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 12:21

Şimali Koreya lideri iki nazirini zenit pulemyotu iləgüllələtdirdi

koreya kim

Şimali Koreyanın sabiq kənd təsərrüfatı naziri Xvan Min və və təhsil naziri Li Çon Çjin barəsində ölüm hokumü cıxarılıb və icra edilib.

Strateq.az bildirir ki, bu barədə Cənubi Koreyanın “Çunan ilbo” qəzeti adının çəkilməsini istəməyən mənbəyə istinadən məlumat yayıb. Hər iki yüksək rütbəli məmur Şimali Koreya lideri Kim Şen Inin əmri ilə zenit pulemyotu ilə güllələnib.

“Məndə olan məlumata görə, hər iki nazir ictimaiyyət qarşısında güllələnib. Güllələnmə Pxenyan hərbi akademiyasında həyata keçirilib”-deyə Şimai Koreya üzrə məlumatlı mənbə kimi təqdim olunan şəxs deyib.

Qəzetin fikrincə, əgər bu xəbər təsdiq olunsa bu Koreya Əmək Partiyasından olmayan şəxsin ölümü barədə verilən ilk fərman olacaq.

Kənd təsərrüfatı naziri Xvan Min Kim Çen Inın siyasi xəttinə zidd olan göstərişlər verməkdə ittiham olunub. İkinci məmur isə guya iclasda yatdığı üçün qəzəbə gəlib: “Onu elə yatdığı yerdə həbs ediblər. Onun edamı korrupsiya ilə bağlı olub. Araşdırma zamanı nazirin korrupsiyaya bulaşdığı üzə çıxıb”.