XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 12:47

Yaponiyada 100-dən çox aviareystəxirə salınıb

Avqustun 30-da Yaponiya aviaşirkətləri yaxınlaşan “Laynorok” tufanına görə 110 daxili aviareysi təxirə salıblar. Bu barədə yapon aviaşirkətlərinin yaydığı məlumatlarda bildirilir.

Təxirə salınan reyslərin böyük əksəriyyəti paytaxt Tokiodan şimal-şərq istiqamətində hərəkət etməli olan təyyarələrdir. Tufan məhz bu regiona doğru hərəkət edir. Hava şəraitinin pisləşməsi ilə əlaqədar Hönşü və Hokkaydo adaları arasındakı bərə əlaqəsi də dayandırılıb.

İvate, Miyaqi və Fukuşima prefekturalarındakı doqquz şəhərin sakinləri təxliyə barədə xəbərdarlıq alıblar. Leysan yağışlar nəticəsində elektrik enerjisinin kəsilməsi ölkənin şimal-qərbində minlərlə evi işıqsız qoyub.

Tufan səbəbindən İvate və Miyaqi prefekturalarında 920 məktəbdə dərslər təxirə salınıb.