İraq və Şam islam Dövləti (İŞİD) terror təşkilatı təkcə işğal etdiyi ərazilərdə neft hasilatından ay ərzində 40 milyon dolla gəlir əldə edir.
AzVizion.az “Fox News”-a istinadən xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə müşaviri Deniel Qleyzer bildirib.
O vurğulayıb ki, bu məlumat Suriyanın şərqində neft-qaz hasilatına nəzarət edən İŞİD liderlərindən biri Abu Sayyafın zərərsizləşdirilməsi ilə əlaqədar keçirilən əməliyyat zamanı əldə olunub.
Qleyzer həmçinin qeyd edib ki, terror təşkilatının adı üzvləri ayda 1000 dollar qazanırlar.