“Özbəksitan prezidentinin ölüm xəbəri təsdiqini tapmayıb. Bu barədə yeni məlumat yoxdur”.
Strateq.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bu barədə olan məlumatları şərh edərkən deyib: “Yeni şərhlər yoxdur. Biz bilirik ki, təsdqini tapmayan müxtəlif məlumatlar yayılıb. Hazırda biz hər hansı yeni məlumata malik deyilik. Yalnız onu deyə bilərik ki, bu gecə yayılmış ölüm xəbəri özünün təsdiqini tapmayıb”.
Peskov bildirib ki, Moskva müntəzəm olaraq Özbəkistanla əlaqə saxlayır: “Biz həm diplomatik, həm də rəsmi kanallarla daimi əlaqə saxlayırıq. Bizm sıx ikitərəfli əlaqələrimiz var”.
İslam Kərimovun ölümü ilə bağlı hələ ki, rəsmi açıqlama yoxdur.