XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 05:50

Putinin belində ağrılar var

Avstriyanın “Kurier” nəşri Rusiya prezidentinin “yoxa çıxması”nın səbəbini öyrənib. Nəşr öz mənbələrinə istinadən yazıb ki, guya Putinin belində güclü ağrılar var və onun üçün Moskvaya Avstriyadan həkim çağırılıb.

Az öncə “Dojd” telekanalı Rusiya prezidentinin qripə yoluxduğu, bu üzdən neçə gündür ictimaiyyət arasına çıxmadığı barədə məlumat yayıb. Putinin mətbuat katibi Dmitri Peskov xəbəri şərh eləməkdən imtina edib.

Mətbuat katibi həmçinin, prezidentin harada olmasına da şərh verməyib.

Xatırladaq ki, martın 16-a Putinin Qırğızıstan prezidenti Aımazbek Atambayevlə Sankt –Peterburqda görüşü planlaşdırılıb (musavat.com).