Suriyanın silahlı müxalifəti ölkənin şimalında yerləşən Xama əyalətində strateji əhəmiyyətli Xelfaya şəhərini tutub.
Hökumət qüvvələri bu şəhərdən geri çəkilməyə məcbur olub. Bu barədə Reuters məlumat yayıb.
Xelfaya şəhəri Hələblə Dəməşki birləşdirən yolda yerləşir. Şəhərdə əsasən xristian azlıq və ələvilər yaşayır.
Müxalifət qüvvələrinin hücumu Rusiya aviasiyası və Suriya hökumət qoşunlarının üsyançılarının mövqelərinə endirdiyi aviazərbələrdən sonra başlayıb(azadlıq).