XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 11:11

Azərbaycanlının ölümünü sifariş verən rus millətçisinə ömürlük həbs verildi

miletci.jpg

Moskva məhkəməsi qatı millətçilərin lideri İlya Goryaçevi ömürülk həbs cəzasına məhkum edib.

33 yaşlı Goryaçev 2010-cu ildə hakim Eduard çuvashov, 2009-cu ildə rusiyalı antifaşist fəal Stanislav Markelov, tacik və azərbaycanlı miqrantın qətlini sifariş etməkdə təqsirli bilinib.

Millətçi BORN qrupunun lideri Goryaçev həmçinin ekstremist qrup, qanunsuz cinayətkar dəstə yaratmaq, habelə qanunsuz silah saxlama və yaymada təqsirli bilinib. Amma o ittihamları rədd edib.

Goryachev 2013-cü ildə Rusiyanın sorğusu ilə Serbiyadan ekstradasiya edilib.Məlumatlara görə, ötən həftə məhkəmədə ona hökm oxunarkən huşunu itirərək yıxılıb.

Bu ilin aprelində isə təşkilatın digər 2 üzvü ömürlük, 1-i isə 24 il həbsə məhkum edilib.

Təşkilatın üzvləri olan Nikita Tixonovla Yevgenia Qasis isə 2011-ci ildə 18 il azadlıqdan məhrum ediliblər.