XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 10:16

Yəmən savaşı:indiyədək 10 mindən çox insan ölüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə davam edən vətəndaş müharibəsi ilə bağlı hesabat açıqlayıb.

Azərtac Reuters agentliyinə istinadla bildirir ki, hesabatda qarşıdurmalar nəticəsində 10 mindən çox insanın həlak olduğu bildirilir.

Qeyd edək ki, 18 aydır ölkədə Hüsi və keçmiş prezident Əli Abdullah Salehi müdafiə edən qruplaşmalarla əksər ərəb dövlətləri tərəfindən dəstəklənən hazırkı prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarları arasında vətəndaş müharibəsi davam edir.