“Mənə dedilər ki, növbə sənindir”
Məşhur teleaprıcı Kseniya Sobçak xüsusi xidmətlərin tövsiyəsi ilə Rusiyanı müvəqqəti tərk edib.
Strateq.az Rusiya KİV-ə əsasən bildirir ki, müxalif Boris Nemtsovun qətlindən sonra Rusiya prezidenti Putinə Aleksey Venediktov, Mixail Xodorkovski və Kseniya Sobçakın daxil edildiyi “güllələmə siyahısı”nın mövcudluğu barədə məlumat verilib. Prezidentin mətbuat katibi Dmitri Peskov isə bu məlumatı cəfəngiyyat adlandırıb.
Sobçak həmçinin bildirib ki, Nemtsovla vidalaşandan sonra Moskvada Saxarov mərkəzində ona deyiblər ki, “Növbəti qurban sənsən”.
Sobçak Twitter səhifəsində yazıb: “Mərkəzin çıxışında Venediktovla durub Bora (Nemtsov-red.) haqqında danışırdıq. Bir nəfər yaxınlaşdı: “Nəzərə alın ki, Kseniya, növbə sizindir”.