İtaliyanın zəlzələ baş vermiş Amatriçe şəhərində aparılan xilasetmə işləri zamanı dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bununla da zəlzələdə ölənlərin sayı 293 nəfərə çatıb.
Qeyd edək ki, avqustun 24-də İtaliyanın mərkəzi hissəsində 6 bal gücündə güclü zəlzələ baş vermişdi.