XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 13:38

Almaniya:"İran İsrail dövlətini tanımalıdır"

Almaniya

Almaniya hökuməti İrandan İsrailin mövcudluğunu tanımasını istəyib.

 Bu haqda Almaniya hökumətinin İrana xüsusi müraciətində vurğulanıb.

Müraciətdə bildirilib ki, İslam Respublikası İsraili dövlət kimi tanımayanadək Tehran Berlinlə münasibətlərin normallaşmasına ümid bəsləyə bilməz.

Qeyd edək ki, İranın atom-nüvə probleminə dair Vyanda razılaşmasından sonra Almaniya kanslerinin müavini Ziqmar Qabrielin başçılıq etdiyi nümayəndə heyəti Tehrana səfər etmişdi.

Həmin vaxt Z.Qabriel İsraillə münasibətlərinin bərpası üçün İrana Almaniyanın vasitəçiliyini təklif edib.  (Report)